❓ ƏMƏK MÜNASİBƏTLƏRİ, YOXSA MÜLKİ MÜNASİBƏTLƏR?

📜Konstitusiya Məhkəməsi Plenumu 20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul etmişdir.

📜Bakı şəhəri Binəqədi rayon prokurorluğu əmək müqaviləsi bağlamadan fiziki şəxslərin kuryer kimi müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edərək baxılması üçün məhkəməyə göndərmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarı ilə hüquqi şəxs sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

📜Hüquqi şəxs isə öz mövqeyini onunla əsaslandırmışdır ki, onun poçt rabitəsi xidmətlərini göstərmək üçün digər şəxslərlə müqavilə bağlamaq hüququ olmuş, mülki hüquq subyekti kimi iradə sərbəstliyi və müqavilə azadlığı hüququndan istifadə etməklə əməkdaşlıq etmək istədikləri daşıma-kuryer şirkətləri və şəxslərlə sub-xidmət müqaviləsi bağlanmış, həmin müqavilə əsasında xidmət göstərilmiş və razılaşdırılmış xidmət haqqı və digər ödənişlər edilmişdir ki, belə olan halda əməldə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilməlidir.

📌Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür.
📌Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür.

Leave a Reply

Discover more from HIMEM CONSULTING

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading