Caspian International Hospital tərəfindən təşəkkürnamə təqdim edilib.

Müştərimiz və partnyorumuz olan Caspian International Hospital tərəfindən HIMEM Consultingə “Dəyərli əməkdaşlığa görə” təşəkkürnamə təqdim edilib. Əməkdaşlığımızın daima uğurlu və dəyərli olmasını arzulayır və təşəkkür edirik.

Ən son tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş Caspian International Hospital peşəkar personalı ilə tibbi bütün sahələrində yüksək səviyyədə xidmət göstərən özəl tibb müəssisəsidir. 2013-cü ildən fəaliyyət göstərən klinika Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşir. Tibb sahəsində beynəlxalq standartları tətbiq edən klinika həm ölkəmizin bütün bölgələrindən olan insanlara, həm də Azərbaycanda yaşayan xarici vətəndaşlara xidmət göstərir.
12000 kv. m. ümumi sahəsi, 89 çarpayılı stasionar, 8 əməliyyatxana, 4 doğuş zalı, 14 terapevtik və cərrahi reanimasiya çarpayısı, 59 neonatoloji intensiv terapiya çarpayısı olan klinika müasir tibb texnologiyalarına malik cihaz və ləvazimatlarla xəstələrin xidmətindədir.

Leave a Reply

Discover more from HIMEM CONSULTING

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading