Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və DİA Hüquq Klubunun təşkilatçılığı ilə Bakı Apellyasiya Məhkəməsində “I Gənc hakimlər müsabiqəsi”nin final mərhələsi keçirilib. Final mərhələsində Vəkillər Kollegiyasının (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association) üzvləri İntiqam Hacıyev, Natəvan Rüstəmova, Sevinc Əliyeva, Lalə Nağıyeva, Əli Qəmbərov, və Tural Qasımov münsif rolunda çıxış etmiş və yarışan tələbələri qiymətləndirmişdir.
Müsabiqə “HIMEM Consulting” hüquq şirkəti, Vəkillər Kollegiyası, Bakı Apellyasiya Məhkəməsi, Yasamal Rayon Məhkəməsi , “Asias” “Legal life” hüquq şirkətlərinin təşkilati dəstəyi ilə keçirilmişdir.
Dövlət İdarəçilik Akademiyasının tələbələri Zəmilə Abdullayeva və Nərmin Əhmədli 1-ci olub. Bakı Dövlət Universitetinin tələbələri Emil Xanalıyev və Aqşin İsgəndərzadə 2-ci yerə, Sevinc Sarıyeva və Leyla Əliyeva isə 3-cü yerə layiq görülüb.
Sonda final mərhələsində iştirak edən tələbələrə sertifikat və digər mükafatlar təqdim edilib.







